Xəbər lenti



Hər gün istifadə etdiyimiz rəngli və şəkilli geyimlər beynəlxalq standartlara cavab vermirsə, parçanın istehsalında istifadə edilən kimyəvi maddələr bir çox xəstəliyə, hətta xərçəngə belə səbəb ola bilər.

 

Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, türkiyəli ekspert Mətin Özər geyimlərdəki kimyəvi maddələr sağlamlıq üçün zərərlərindən danışıb:

"Geyimlərdəki toksinlərin birbaşa sağlamlıq problemləri ilə əlaqəsini göstərən qəti dəlillər tapmaq çətin olsa da, tədqiqatlar həyəcan təbili çalır. Bütün gün bu kimyəvi maddələrlə işləyən fəhlələrdə xərçəng xəstəliyi yaranması ehtimalı olduqca yüksəkdir. Bu kimyəvi maddələr qısa müddətdə allergik reaksiyaya gətirib çıxarır.

Bu nəticələr o demək deyil ki, ən sevdiyiniz köynəyiniz sizdə xərçəng yaradır. Hər halda çoxları üçün geyimlərdə kimyəvi maddələrin istifadə səbəbləri maraq doğrur. Məsələn, geyimlərin qırışmaması üçün tətbiq olunan formaldehit göz və burun yanmasına, eləcə də dəridə allergik reaksiyalara yol açır".

Bəs bütün bu toksinlər nədir və hansı parçalarda olur?

Mütəxəssis kimyəvi maddələrin geyim sənayesində istifadə səbəblərini belə açıqlayıb:

"Azo - geyimləri, dəri və parçaları rəngləndirmək üçün çox geniş istifadə edilən boyalardır. Bu boyaların təsirinə müntəzəm olaraq məruz qalan zavod fəhlələri arasında sidik kisəsi xərçənginin yaranması riski yüksəkdir. Onun tərkibində ammonyakdan əldə edilən komponent çox zərərlidir. Bu boyanın deyil, təbii boyaların istifadə edildiyi məhsullara üstünlük verilməlidir.

Akril parçalarda CDC adlanan dimetilformamid olur. Dəriyə birbaşa təması qaraciyər problemləri və başqa fəsadlara yol açır.

Ftalatlar - bir çox hazır geyim məhsullarında istifadə edilir, xüsusilə plastik yağmurluq, süni dəri və su keçirməyən geyimlərdə. Ftalatlar daxili sekresiya vəzilərinə təzyiq göstərir və kişilərdə sonsuzluğa səbəb olduğu deyilir. Lakin Beynəlxalq Xərçəng Araşdırma Agentliyi ftalatların insanda xərçəngə yol açıb-açmadığına dair hər hansı elmi tədqiqat nəticələrini elan etməyib.

Nanosilver - geyimlərdə bakteriyaların səbəb olduğu qoxuları əngəlləmək üçün istifadə edilən antibakteriyel bir maddədir. Laboratoriyada siçanlar üzərində keçirilən araşdırmalar göstərib ki, gümüşü nano partiküllər beyinə gedir və zamanla beyin hüceyrələrinin ölümünə yol aça bilir. Odur ki, xüsusilə körpələrə nanosilver istifadə edilmiş geyimlər almaq olmaz.

Çirklənməyən, alova davamlı və ya qırışmayan məhsullara formaldehit, teflon kimi ferflorinat kimyəvi maddələr (PFC), nonilfenol etoksilatlar (NPE) və nonilfenoller (NP), yaxud da triklosan istifadə edilir. NPE və NP dəri tərəfindən sorulur və mənfi təsirlərə yol açır.

Triklosana məruz qalan fabrik işçiləri də xərçəng riskinə yaxındır. Bununla yanaşı, bəzi şirkətlər iddia edir ki, bu məhsulun istifadəsinin qadağan olması üçün yetərli sübutlar yoxdur”.

Bəs nə geyinməli?

Zərərli heç bir maddə istifadə edilməyən bir çox parça var. Bunlar - pambıq, ipək, təbii yun, kətan, anqora, dəvə tükü, kəşmir və digər təbii parçalardır. Kimyəvi maddələr bu təbii parçalarda da istifadə edilsə də, daha az rast gəlinir. Həmçinin dərini daha az yandıran parçaları seçin.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov