Xəbər lenti

 

Bizimaz.az: Bunu  açıqlamasında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib.

O bildirib ki, bu məsələ ilə bağlı proqramın məqsədi iş və əmək təcrübəsi olmayan gənclərə daimi iş tapmaq imkanı yaratmaqdır:

“Bu proqrama regionlarda və paytaxtda 18-29 yaş qruplarında olan orta-ixtisas və ali təhsil müəssisələrinin məzunları müraciət edə bilər. Bu, xüsusi bir layihədir. Proqram çərçivəsində cəlb olunacaq gənclərin əməkhaqlarının bir qismi fond tərəfindən qismən maliyyələşdiriləcək.

Gənclərlə minimum bir il müddətinə müqavilələrin imzalanması nəzərdə tutulur. Vakansiyalardan asılı olaraq müəyyən şərtlər, tələblər irəli sürüləcək. Müraciətlər fondun rəsmi səhifəsində onlayn qaydada həyata keçiriləcək. Proqramın əsas məqsədi əmək bazarında yeni iş yerlərinin yaradılmasıdır”.

F.Cəfərov onu da əlavə edib ki, gənclərin məşğulluğunun təmin edilməsi çərçivəsində müəyyən monitorinqlər həyata keçiriləcək və nəzarət olacaq. İlkin mərhələdə proqram çərçivəsində özəl sektordan 70-80 vakansiya verilib:

“İlkin mərhələdə regionlarda və paytaxtda özəl sektorda fəaliyyət göstərən şirkətlər tərəfindən 70-80 vakansiya verilib. Təbii ki, vakansiyalar kifayət qədər genişləndiriləcək. Şirkət sahibləri yeni açılan vakansiyalarını da Gənclər Fondunun bu proqramı vasitəsilə təmin edə bilərlər”.

Gənclərin beynəlxalq təşkilatlarda təcrübə keçməsinə dair daha bir proqramın hazırlandığını deyən F.Cəfərov bu il 15 gəncin təcrübəyə göndəriləcəyini bildirib:

“Ötən il bu istiqamətdə proqramlarımız olub. Bu il may-iyun aylarında Avropa Parlamentində (Brüsseldə) 15 gəncin təcrübə keçməsi gözlənilir. İl ərzində çalışacağıq ki, ikinci, üçüncü proqramı da həyata keçirək.

Prezidentin tapşırığı ilə ötən il 237 gəncin təhsil haqqı borcları Gənclər Fondu tərəfindən ödənilib. Bu il bu rəqəmin bir qədər artıq olması gözlənilir. İyun ayından iyul ayının sonlarına qədər sənəd qəbulu aparılacaq, avqust ayında isə yekun nəticələr elan olunacaq”.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov