Bu saatlarda Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən iri qaya parçaları yolun hərəkət hissəsini bağlayıb.
Bizimaz/az: Azərbaycan Avtomobil Yollarə Dövlət Agentliyindən verilən məlumata görə, hadisə yerinə dərhal AAYDA-nin əməkdaşları və xüsusi texnika cəlb edilib.
Lakin dağ yamacından qaya parçalarının aşağıya doğru hərəkət etməsi davam etdiyi üçün əraziyə yaxınlaşmaq mümkün olmur.
Sözügedən ərazidə sürüşmə sabitləşən kimi yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi işlərinə başlanılacaq.