Gədəbəyin yüksək dağlıq bölgələrinə qar yağıb.
Bizimaz.az xəbər verir ki, bu barədə sözügedən rayonun sakinləri sosial şəbəkələrdə məlumat paylaşıb.
Məlumata görə, dünəndən başlayan qar ən çox Gədəbəyin Narzan kəndinə düşüb. Sözügedən kənddə qarın hündürlüyü 64 sm-i keçib. Rayon sakinlərinin sözlərinə görə, qış ayları ərzində belə qar yağmayıb.
Evlərin damı uçma həddinə çatıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi bu günə olan hava proqnozuna görə, Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə is qar yağacağı ehtimalı var.