Bakının mərkəzində yerləşən Məhəmməd Əmin Rəsulzadə küçəsi 8-10 ünvanındakı Azərbaycan kinoteatrı ilə yanaşı yerləşən tarixi bina boşaldılıb.
Bizimaz.az-ın məlumatına görə, artıq bir müddətdir binanın birinci qatında fəaliyyət göstərən restoranlar və geyim mağazası fəaliyyətini dayandıraraq başqa ünvana köçüb.
İkimərtəbəli tarixi binanın üst qatında yaşayış evləri yerləşirdi. Vəziyyətlə əlaqədar yaşayanların da binadan çıxdığı deyilir.
Gecələr şəhərin bütün bunaları işıqlandırılsa da, sözügedən binanın ancaq fasadı işıqlandırılır.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, binanın hansı səbəbdən boşaldılması haqda məlumatlı deyillər:
“Binanı kim və hansı səbəbdən boşaldıb, məlumatımız yoxdur. Səbəbləri və bina ilə bağlı atılacaq adımla bağlı məlumat veriləcək”.