Xəbər lenti



Cəlilabadı viran qoyduqdan sonra paytaxtın Yasamal rayonunu “fəth” etməyə başlayan icra başçısı Əziz Əzizov vətəndaşların mülkiyyətinin qəsdinə durub.

 

Bizimaz.az : Reportyor.info-nun çəkiliş qrupu ötən gün onlardan birini lentə alıb. Məcburi köçkün, 2-ci Alatavada məskunlaşmış Nazim Dünyamalıyevin obyekti məhkəmə qərarı olmadan, heç bir izahat verilmədən yerlə-yeksan edilib.

Kadrlardan görünür ki, Yasamal RİH-nin nümayəndəsi obyekti dağıtmaq üçün fəhlələr gətirib və qanunsuz şəkildə vətəndaşın mülkiyyətini uçurdur.

Məcburi köçkün bildirir ki, Prezident Administrasiyasında olub və məsələnin nəzarətə götürüldüyü deyilib.

N.Dünyamalıyev Yasamal icra başçısının ona 3 min manat zərər vurduğu qeyd edib. Onun sözlərinə görə, 7 uşaq atasıdır, hazırda 3 oğlu vətənə xidmət edir:

Nazim Dünyamalıyevin tikdiyi balaca obyekti

 

“Mən Prezident Administrasiyasına getmişəm, ayın 11-də orda olmuşam, Əziz Əzizovun da xəbəri var. Bu tikinti qanunidir, sənədləri Bakı şəhər icra hakimiyyətindən əldə etmək olar, icazəli şəkildə tikinti aparmışam.

Amma Əziz Əzizov obyektimi məhkəmə qərarı olmadan, heç bir əsas göstərmədən sökdürür. Mənim də bir vətəndaş və məcburi köçkün kimi mülkiyyətə sahiblənmək haqqım var. Əgər sökülürsə, buradakı digər obyektlər də söksünlər, təkcə mənim obyektimə müdaxilə edirlər”.

N.Dünyamalıyev bildirir ki, icra başçısının Yeni Yasamalda obyekti fəaliyyət göstərir, amma onu sökmür: “Mən prezidentimizə inanıram, ona güvənirəm. Bu, mülkiyyət hüquqlarımın tapdanmasıdır və qanuna zidd hərəkətdir”.

Ümumiyyətlə, Ə.Əzizov Yasamalın icra başçısı təyin olunduğu vaxtdan sahibkarların gününü qara edib. Cəlilabaddakı əməllərini bu rayonda davam etdirən icra başçısının Yasamalda obyektləri, biznesi var. Bu siyahıda xüsusi seçilən biznes məkanlarından biri də «Baku Mall»dır.

Əzizov tikinti sektoruna sərmayəni bibisi oğlu Pərvin Əliyevin əli ilə yatırıb. Pərvin Əliyevlə Əziz Əzizovun xeyli şərikli daşınmaz əmlakları var.

Cəlilabadda bitən Ə.Əzizov erası sakinlərin ürəyincə olub. Çünki iş adamlarından tutmuş sıravi sakinlərə, fermerlərdən ticarətçilərə qədər hamı bir nəfər kimi onun əməllərindən cana doymuşdu.

Onun rəhbərliyi dövrdə Cəlilabadda heç bir abadlıq-quruculuq işləri həyata keçirilməyib.Rayonun mərkəzində bir-iki gözoxşayan inzibati binaların fasadları təmir edilərək prezident səfərlərində ona göstərilib.

Əslində, belə bir imicə malik məmurun Yasamala başçı göndərilməsi də təəccüblüydü. Çünki Cəlilabadda vətəndaşların başına açmadığı müsibətlər qalmamışdı.

Məsələn, şikayətçi Hüseynov Aydın İman oğlu qeyd edirdu ki,torpağı vaxtı ilə mərhum prezidentHeydər Əliyev verib, indi onun orderini də, heçə sayan Əziz Əzizov kənd sakinlərinə zülm edir.

Digər rayon sakini Poladov Rafət isə bildirirdi ki, övladı Poladova Zəhra həkim səhlənkarlığının qurbanı olub: “Cəlilabad Rayon Prokurorluğuna müraciət etsəm də işimə baxılmadı. Şikayətləretdiyimə görə Cəlilabad icra başçısı gecə evimdən məni aparıb hədələdi, dedi ki, səni içəri atdıracam”.

Əziz Əzizovun Çingiz Təhməzov adlı Petrovka kənd sakininə isə “cibinətiryək atdırıb tutduraram” təhdidi xüsusi qeyd edilməlidir. Hamıya hərbə-zorba gələn və özünü Elmar Vəliyev kimi aparan bir icra başçısını heç də yaxşı perspektiv gözləyə bilməz.

Ölkədə gedən islahatlar, prezidentin kadr dəyişiklikləri, xalqla təması, şikayətləri dinləməsi, problemləri həll etməsi fonunda hansı məmur özbaşınalıq edirsə, ondan narazılıq varsa, gec-tez dövlət başçısı onunla yolları ayıracaq.

Belə kadrlar prezidentə lazım deyil və vətəndaşı dövlətdən, hakimiyyətdən narazı salan, onun mülkiyyətinə qəsb edən məmurlar cəzalandırılır. Bu baxımdan Ə.Əzizovun Yasamala gəldiyi gündən Cəlilabaddakı qanunsuz əməllərini davam elətdirməsi, sahibkarlara “qan uddurması”, 7 uşaq atası olan məcburi köçkün N.Dünyamalıyevin obyektini sökdürməsi ciddi narazılıq yaratmaqdadır, icra başçısının prezidentə göndəriləcək dosyesində bu faktlar yer almaqdadır.

Ə.Əzizovun Yasamaldakı obyektləri

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov