Novruz bayramı günlərində İranın Türkmənsəhra bölgəsini sel bürüməsi və ölkə rəhbərliyinin bu məsələyə laqeyd qalması azərbaycanlı fəalları hərəkətə gətirib.
Bizimaz.az xəbər verir ki, Güney Azərbaycanın əksər şəhərlərində yardım toplama mərkəzləri yaradılıb.
Dövlətin yüksək rütbəli şəxsləri bölgəyə getmədiyi bir vaxtda Ərdəbil şəhərindən birinci yardım karvanı sel bölgəsinə göndərilib və bu istiqamətdə fəaliyyətlər davam edir.
Azərbaycanlı fəallar oxşar mərkəzləri Marağa, Urmiya, Zəncan, Sulduz, Xoy, Quşçu, Mərənd, Yamçı, Maku, Qoşaçay, Şot, Məlikan və s. kimi şəhərlərdə yaradıblar.
Fəallarla yanaşı bir çox peşə adamları, o cümlədən idmançılar da yardım aksiyasına biganə yanaşmayıb. Güneyli idmançı Mustafa Quluzadә türkmәn soydaşlarımıza dәstәk çağrışı yayıb.
Artan yardımlar türkmənlərin güzəranına az da olsa təsirini göstərir.