Dövlət Gömrük Komitəsi (DGK) Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bizimaz.az: Komitədən verilən məlumata görə, DGK sədri Səfər Mehdiyevin sərəncamına əsasən, bayramla əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejiminə keçəcək.