Fiziki qüsurlu (əlil) tələbələr təhsil haqqından azad edilsin.
Axar.az xəbər verir ki, bu fikirlərlə Milli Məclisin komitə sədri, deputat Siyavuş Novruzov çıxış edib.
“Bu tələbələrin yaxşı qidalanmasına, müalicəyə və həm də yaxşı təhsil almasına ehtiyacı var. Onlar bizə müraciət ediblər. Bilirlər ki, bu gün Nazirlər Kabineti Milli Məclisdə hesabat verir. Hesab edirəm ki, əlil tələbələrin ödəniş haqqının bir hissəsini hökumət, bir hissəsini onların təhsil aldığı universitetlər üzərinə götürsə, bu məsələ həll olunar. Mən həmçinin iş adamlarını, sahibkarları da bu prosesdə iştirak etməyə, xeyriyyəçiliklə məşğul olmağa dəvət edirəm”.