Martın 14-də, saat 13:36 radələrində Şamaxı rayonunda zəlzələ baş verib.
Bizimaz.az: Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələnin maqnitudası 3.0, dərinliyi 10 km olub.
Yeraltı təkanlar Şamaxı və Pirqulu ərazilərində üç bala qədər hiss olunub.