Dünyanın yaşamaq üçün ən əlverişli şəhərlərinin siyahısı açıqlanıb.
Bizimaz.az xəbər verir ki, 231 şəhərin yer aldığı siyahını “Mercer” konsaltinq şirkəti hazırlayıb.
Siyahıya Avstriyanın paytaxtı Vyana başçılıq edir. Vyana artıq onuncu dəfədir ki, bu siyahıya liderlik edir.
İlk üçlüyü İsverçədən Zürix, Kanadadan isə Vankover şəhəri tamamlayır. İlk onluqda Münhen, Okland, Düseldorf, Frankfurt, Kopenhagen, Cenevrə, Bazel şəhərləri sıralanıb. Regiondan isə Bakı 195, İstanbul 130, Moskva isə 167-ci yerdə qərarlaşıb.
Dünyanın ən əlverişsiz şəhəri ünvanının sahibi isə İraqın paytaxtı Bağdad olub.
Siyahı hazırlanarkən şəhərlərin iqtisadi, siyasi durumu, ictimai qaydalar, nəqliyyat, qida, ev əşyaları, əyləncə, sosial-mədəni mühit, təhsil və səhiyyə xidmətləri kimi kriteriyalar yoxlanılıb.