Azərbaycanda əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində təhsilhaqqını dövlət ödəyəcək.
Bizimaz.az :Report xəbər verir ki, bununla bağlı "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.
Qanunun 20-ci (Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığı) maddəsinə təklif olunan dəyişikliyə əsasən, əlilliyi olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.