Türkiyədə ailələrin kabusuna çevrilən və uşaqların psixologiyasına mənfi təsir edən “Momo” oyunu ilə bağlı həyəcan təbili çalınır.
Bizimaz.az xəbər verir ki, Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən bu oyuna girişin qadağan olunması Texnologiya və Rabitə Qurumuna müraciət edilib.
“Momo Challange” internet oyununa Yutub və Votsap vasitəsi ilə qoşulmaq olur. Oyun zamanı uşalara qorxulu, təhdid dolu mesajlar verilir. “Momo” personajlarının təlimatlarının uşaqların özlərinə zərər verməsi, intihara gətirib çıxarması ilə nəticələnə bilər. Ailə və Sosial Xidmətlər Nazirliyi Rabitə İdarəsi və Kibercinayətkarlıqla Mübarizə Nazirliyindən oyunun qadağan edilməsini istəyib.