Martın 10-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə jurnalistlərlə birlikdə ağacəkmə aksiyası keçiriləcək.
Bizimaz.az xəbər verir ki, bu kampaniya “Bu yaz özün bir təbiət yarat” şüarı altında təşki olunacaq.
Media əhli və nazirlik nümayəndələri Zığ şossesinin kənarında ağaclar əkəcək, salınmış yaşıllıq əraziyə “Yaşıl Qələm” jurnalistlər bağı adı veriləcək. Bağd feyxoa və yapon əzgili ağacları əkiləcək.
Aksiyada digər şəxslər də iştirak edə bilər.