Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan 141 nəfər tələbəni bir aylıq yataqxana ödənişindən azad edib.
Bizimaz.az xəbər verir ki, bu barədə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı məlumat verib.
Qeyd edək ki, 2 saylı qızlar yataqxanasında 118 nəfər ADU-nun, 23 nəfər isə digər universitet və kolleclərin tələbəsi yaşayır.