Azərbaycanda məhkumların sayı azalıb. 2015-ci ildə Ədliyyə Nazirliyinin penitensiar müəssisələrində saxlanılanların sayı 24 mindən çox idisə, 2018-ci ildə bu rəqəm 21 800 olub.
Bizimaz.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətində jurnalistlərlə keçirilən görüşdə nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov deyib.
“Burada 3 minə yaxın fərq var. Deməli, 3 cəzaçəkmə müəssisəsinin fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Bütün bunlar Prezident İlham Əliyevin cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamından irəli gəlir”, - M.Ələkbərov qeyd edib.