Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda müşahidə olunan qatı dumanın səbəblərini açıqlayıb.
Bizimaz.az: Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva açıqlamasında deyib ki, Abşeron yarımadası və Bakıda hazırda nisbi rütubət 72-86 faiz təşkil edir.
O qeyd edib ki, dəniz suyunun temperaturu 7,5-8 dərəcə olduğu halda, quruda səhər temperatur cəmi 4 dərəcə isti təşkil edib: "Bununla yanaşı Abşeron yarımadasında səhər saatlarında əsasən cənub, cənub-şərq istiqamətli külək, dənizdən rütubətli hava kütlələrinin quruya doğru hərəkətini təmin edirdi. Belə ki, rütubətli hava kütlələrinin soyuq yer səthindən kecməsi nəticəsində dümanın yaranması üçün əlverişli şərait olur. Bəzi yerlərdə dumandan çiskin ehtimalı var".
O, həmçinin vurğulayıb ki, martın 6-dan 7-nə keçən gecə və səhər yenidən zəif duman olacağı istisna olunmur.