“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) bir sıra kadr dəyişikliyi olub.
Bizimaz.az xəbər verir ki, televiziyanın mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova, Kadrlar və Xüsusi işlər İdarəsinin rəisi Mənsur Bayramov, baş operator Fazil Hadıyevin işdən azad edildiyi bildirilir. Yayılan məlumatlarda bir sıra əməkdaşlar keçmiş sədrin “kadrları” olduğu üçün işdən azad edilib.
Əldə etdiyimiz məlumata görə, işdən azad edilən hər üç şəxs bundan sonra televiziya nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasında fəaliyyət göstərəcəklər. Məqsəd Akademiyanın fəaliyyətinin gücləndirilməsidir.
X.Qasımova Televiziya Akademiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.