Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) əhaliyə xidmətlərin innovativ üsullarla, “bir pəncərə” və “e-sosial” portalı əsasında, şəffaf və operativ şəkildə çatdırılması üçün yeni və müasir qəbul mərkəzi açılıb.

 

Bizimaz.az xəbər verir ki, mərkəzin açılışında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev yeni qəbul mərkəzinin yaradılmasının əlamətdar hadisə olduğunu deyib:

“Təkcə son iki ayda nazirlikdə 5215, DSMF-də isə 5348 vətəndaşın qəbulu həyata keçirilib. Mərkəzdə ilk növbədə vətəndaşların elektron növbəliliyi təmin edilir. Qəbula gələn vətəndaşlara əsas xidmət istiqamətləri - əmək pensiyaları, sosial müavinət və təqaüdlər, avtomobil və mənzil növbəliliyi, fərdi uçotla, eləcə də ünvanlı sosial yardım ilə bağlı xidmətlər göstərilir, sualları cavablandırılır.

Xidmət prosesində operativlik və şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, vətəndaş məmnunluğunun təmin edilməsi əsas davranış xüsusiyyətləridir. Fondun təcrübəli mütəxəssisləri mərkəzə cəlb olunaraq, onlar üçün etik davranış üzrə kurslar, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən treninqlər keçirilib”.

Tədbir çərçivəsində S.Babayev elektron qaydada pensiya təyin olunmuş 5000-ci pensiyaçı – Tahirov Ramiz Tahir oğlu ilə də görüşüb. Pensiyaçıya müvafiq bank kartını və hədiyyə təqdim edən nazir bildirib ki, Prezidentin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən pensiya təyinatının avtomatlaşdırılması nazirliyin proaktiv xidmətlər sahəsində ilk və uğurlu addımıdır. Artıq 5 min insan bu xidmətdən faydalanıb. Bu nümunə sosial təminat sisteminin bütün sahələrində tətbiq olunacaq.

Vətəndaş Ramiz Tahirov heç bir sənəd toplamadan və heç bir yerə müraciət etmədən, 64 yaşının tamam olduğu gün - ad günündə ona elektron qaydada pensiya təyin olunmasından, bu barədə ona mesaj vasitəsilə məlumat verilməsindən məmnunluğunu bildirib. O, elektron qaydada belə rahat, şəffaf, çevik pensiya təyinatı mexanizmi yaradıldığına, eyni zamanda pensiyaların mütəmadi olaraq artırıldığına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov