Xəbər lenti


Astaranın Sekeşan kəndində 24 ildir ki, elektrik enerjisi yoxdur.

 

Bizimaz.az  Oxu.az-a istinadən sözügedən kənddən reрortajı təqdim edir:

"Övladımın 24 yaşı var, bu müddət ərzində evdə işıq görməyib” deyir kənd sakini.

Mirəhməd Əliyev bu kənddə yaşayan ailələrdən birinin üzvüdür. O, gündəlik informasiyanı radioya qulaq asmaqla əldə edir.

Kənd sakinləri deyir ki, illərdir işıq üzünə həsrət qalıblar. Kənddə sonuncu dəfə işıq 1995-ci ildə olub. O vaxt transformatorda yaranan qəza səbəbindən gecələri ümidlərini lampa işığına bağlayıblar.

Bir zamanlar kənddə 30-dan artıq ailə yaşayıb. Lakin zaman-zaman onlar da şəraitsizlik səbəbindən kəndi tərk edərək qonşu kəndlərə və ya başqa yerlərə köçmək məcburiyyətində qalıblar. Hazırda isə Sekeşan kəndində dörd ailə, yəni 17 nəfər yaşayır. Onlar elektrik enerjisini generator vasitəsi ilə təmin edirlər.

Yanacaq kimi benzin, generator işlətmədikləri zaman neft və şamdan istifadə edirlər. İsinmək üçün odun yandırırlar. Gündəlik yeməklərini isə təndirdə və ya sobanın üzərində bişirirlər. Bu şəraitsizlikdən daha çox məktəblilər əziyyət çəkir.

Kəndin dolanışığı isə təsərrüfat hesabına ödənilir. Sakinlər mal-qara və sitrus meyvələrini satmaqla yaşayışlarını təmin edirlər.

Kənd sakinlərinin digər bir problemi kəndə avtomobil yolunun olmamasıdır. Onlar ərzaq gətirmək üçün qonşu kəndə getməli olurlar. Bu zaman isə minik vasitəsi kimi atdan istifadə edirlər.

Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Sekeşan kəndinin 24 ildir işıqsız qalması barədə xəbərə münasibət bildirib. O, qeyd edib ki, kənddə fasiləsiz elektrik enerjisinin bərpası təmin ediləcək:

"Əməkdaşlarımız yaxın günlərdə mövcud problemlərin tam aradan qaldırılıması üçün əllərindən gələni edəcəklər".

Tanrıverdi Mustafayev qeyd edib ki, Cənub regionunda - Lerik, Yardımlı Astara rayonlarında yenidənqurma işləri aparılır:

"Sözügedə rayonlar Lənkəran şəhər 9 saylı elektrik verilişi xətləri ilə bağlı olduqları üçün elektrik enerjisi təhlükəsizlik məqsədilə uzun fasilələrlə verilirdi. Vətəndaşlar da buna etiraz edirlər. Cənub regionunda məktəblərin yerləşdiyi ərazilər, kəndlər, bütün yaşayış məntəqələrində istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. Qeyd etdiyimiz tədbirlər nəticəsində Astaranın Sekeşan kəndində də fasiləsiz elektrik enerjisinin bərpası təmin ediləcək. Əməkdaşlarımız yaxın günlərdə mövcud problemlərin tam aradan qaldırılması üçün əllərindən gələni edəcəklər”.

T.Mustafayev kənddə elektrik enerjisinin bir neçə aydır olmadığını vurğulayıb:

"Burada elektrik enerjisi 2018-ci ilin payızından yoxdur. Yaxın aylarda enerji verilişi bərpa ediləcək”.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov