"Məktəb direktorlarının seçimi zamanı düzgün, şəriştəli, peşəsini sevən, bu işi yaxşı bacaran yaxşı idarəedicinin məktəb rəhbərliyinə təyin edilməsi barədə dəqiq rəqəm demək çətindir. Lakin məktəbin uğuru və ya uğursuzluğunda məktəb direktorunun xüsusi rolu var".
Bizimaz.az xəbər verir ki, bu sözləri təhsil naziri Ceyhun Bayramov Real Tv –yə müsahibəsində deyib.
Nazir bildirib ki, məktəb rəhbərliyinə uğursuz təyinat öz nəticəsini göstərir:
“Müşahidələr göstərir ki, orta göstəriciləri yaxşı olan bir məktəbə uğurlu bir idarəedci təyin edilməsindən qısa müddət sonra müsbət nəticələri olur. Hər hansı səbəbdən məktəb rəhbərliyinə uğursuz təyinat yaxşı nəticələri olan ümumtəhsil müəssisəsinə təyinatı zamanı əks nəticəni müşahidə etmişik. Ona görə də məktəb idarəedicilərinin şəffaf mexanizmlərlə seçilməsi, səriştəli insanların təyin edilməsi təhsil sistemi üçün olduqca vacib prioritetdir. Son illər ərzində bu sahədə daim Təhsil Nazirliyi yeniliklər edib. Biz daim axtarışdayıq. Təhsil idarəediciləri üçün təlimlər təşkil edirik. Hazırda ölkə üzrə bütün məktəblərdə vakansiya elan edirik və iki mərhələli imtahan keçiririk. Müsahibə mərhələsində Təhsil Nazirliyinin və yerli yerli idarəetmə orqanlarının əməkdaşları sıx əməkdaşlıq edir. 2018-ci ilin sonunda başlanan prosesin yekunu olaraq bir həftə əvvəl 132 nəfər təyinat aldı, bu sayın artacağı gözlənilir. Çünki imtahanlarda ümumilikdə 228 nəfər uğur qazanmışdı. Bu müsahibələr il ərzində keçiriləcək. Biz sistemdə olan bütün imkanlardan istifadə edirik ki, ən uğurlu, səriştəli, bacarıqlı şəxslər direktor təyin edilsin”.