Azərbaycanda əhalinin 10 milyona çatması mart ayının sonu aprel ayının əvvəlinə gözlənilir.
Bizimaz.az xəbər verir ki, bu sözləri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Komitə sədri bildirib ki, hər ayın sonunda əhalinin sayı açıqlanır və artım göstərilir. “Əhalinin sayının artımı həm Səhiyyə Naizrliyi, həm Dövlət Miqrasiya Xidməti ilə birlikdə bu məsələlərinin tam qeydiyyatının aparılması üçün prosesi izləyirik”. Komitə sədri son illər əhalinin sayının azalması ilə bağlı fikirlərə də aydınlıq gətirdi: “Əhalinin təbii artım artım prosesində doğum sayının azalması tendensiyası var. Bizim statistik məlumatlar da bunu göstərir. Sonuncu də 2009-cu ilin siyahıya alınmasında ailənin orta tərkibni 4.7 olub.Hazırda əhalinin orta tərkibi barədə rəyi yalnız oktyabr ayında siyahıyaalmadan sonra açıqlaya biləcəyik”.