Bakının məşhur parklarından olan Ayna Sultanova parkı 2014-cü ilin 25 dekabr tarixindən təmirə bağlanıb.
Bizimaz.az xəbər verir ki, parkın təmirə bağlanma səbəbi artıq istismar müddətini başa vurması və 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ilə bağlı idi.
Hətta həmin illər Binəqədi İcra Hakimiyyətinin başçısı olan Xaləddin İsgəndərov da parkın yenidən qurulması ilə bağlı göstəriş vermiş və parka giriş-çıxış bağlanmışdı. Parkı əhatələyən lövhələrdə təmirdən sonra parkın yeni görkəminin şəkilləri təqdim olunmuşdu.
Parkda başlayan sürətli təmir qəfil də dayandı və artıq 5 ildir ki. parkı hasar içində “can verir”.
Binəqədi İcra hakimiyyətindən redaksiyamıza bildirildi ki, artıq bu ildən etibarən Ayna Sultanova parkında işlərə start verilib:
“Park artıq təmir edilir. İşlər çoxdan başlayıb. Tamamlanma işlərinin nə vaxt yekunlaşacağı ilə bağlı konkret söz demək hələlik mümkün deyil. Ancaq sakinlərin də istəyini nəzərə alaraq mümkün qədər işləri tez yekunlaşdırmağa çalışırıq. Park tam yeni görkəmdə istifadəyə veriləcək”.