Xalq inancına görə, bu gecədən etibarən Azərbaycanda Kiçik çillə başa çatır və Boz ay başlayır.
Bizimaz.az bildirir ki, Kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur.
Sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Elə çillə sözü özü də məşəqqət, əzab, əziyyət mənasında işlədilir. Kiçik çillə 20 gün davam edir.
Qədim türklərin inancına görə, qış fəsli Böyük çillə, Kiçik çillə və Boz ay olmaqla, üç hissəyə bölünür. Böyük çillə 40 gün, Kiçik çillə 20 gün, Boz ay 30 gün davam edir. Boz ayın bitməsi ilə elimizə Novruz qədəm qoyacaq.