“Uşağı həkimə göstərmədən, kiminsə məsləhəti ilə ona hansısa vitamin kompleksi vermək qətiyyən düzgün deyil”.
Bizimaz.az xəbər verir ki, unu uşaq kardioloqu, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının pediatrik-invaziv kardioloquğ Elşən Rzayev deyir. Həkim bildirir ki, azyaşlıya özbaşına hansısa dərman (lap vitamin olsa belə) vermək onun üzərində təcrübə aparılmasına bənzəyir.
E.Rzayevin sözlərinə görə, bəzi valideynlər gecələri pis yatan, həddən artıq aktiv olan uşaqları sakitləşdirmək üçün onlara valeryan məhlulu verirlər və bu dərmanın zərərsiz olduğunu düşünürlər: “Körpələri təbii vasitələrlə sakitləşdirməyin tərafdarı deyiləm. Kardioloq tərəfindən müayinə olunmayan uşağa ürək sakitləşdirici dərman vermək qətiyyən düzgün addım deyil. Əgər uşaqda nevroloji problem müşahidə olunursa, özbaşına müalicə əvəzinə mütəxəssisə müraciət etmək lazımdır.”.
Mütəxəssis bildirir ki, uşaqda əl və ayaq soyuqluğu, dərinin göyərməsinin olması qan dövranının pozulmasına işarədir: “Yəni, ürək hər hansı bir səbəbdən ümumi qan dövranını təmin edə bilmir. Bu halda kardioloji müayinə mütləqdir”.
Kardioloq qeyd edir ki, əbzi vaideynlər uşaqların böyüdükcə ürək döyüntüsünün azalmasından narahatlıq keçirir. Halbuki, bu, normal haldır. Belə ki, uşaq doğularkən ürək döyüntüsü 130-150-dən başlayır. Tədricən uşaq böyüdükcə, yetkinlik yaşına çatdıqda bu göstərici 70-80-ə enir. Odur ki, kardioloq bəzi valideynlərin deyir, ürək döyüntülərinin aşağı olması ilə bağlı narahatlığının əsassız olduğunu deyir.