Xəbər lenti

bash_prokurorluq_yeni15101729681534411957
Dövlət Gömrük Komitəsinin (DGK) iki vəzifəli əməkdaşı həbs olunub.

 

Bizimaz.az “Report”-a istinadən  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıblar.

Bildirilib ki, Azərbaycan Respublikasında həyata keçirilən dayanıqlı sosial-iqtisadi inkişaf kursunun başlıca prioritetlərindən biri kimi gömrük işinin səmərəli təşkili sahəsində reallaşdırılmış ardıcıl və məqsədyönlü tədbirlərin icrası uğurla davam etdirilir. Ölkənin iqtisadi təhlükəsizliyinin və daxili bazarının qorunmasında, onun beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində müstəsna rola malik gömrük sisteminin cinayətkarlıq və digər hüquqpozmalarla mübarizə sahəsində də mühüm nailiyyətlər əldə olunmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gömrük sahəsində şəffaflığın, dürüstlüyün təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması ilə bağlı göstərişlərinə uyğun olaraq, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması və aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Dövlət Gömrük Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlərin görülməsi davam etdirilir.

Belə ki, müxtəlif şəxslərin adlarına “Camex” daşıma şirkəti vasitəsi ilə beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yüklərin Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və sənədlərdən aldatma yolu ilə istifadə edilməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olmuş məlumata əsasən həmin daşıma şirkətinin yerləşdiyi ünvanda həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində 8 ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış həmin bağlamalarda müxtəlif şəxslərin adlarına cəmi 23 min manat dəyərində elektron qurğular aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə aparılmış ilkin araşdırmalar nəticəsində ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş kommersiya təyinatlı yüklərin saxta sənədlərdən istifadə edilərək aldatma yolu ilə, Azərbaycan Respublikasının gömrük orqanlarına düzgün bəyan edilmədən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi, habelə bu məqsədlə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri tərəfindən xidmət üzrə ümumi himayədarlıq müqabilində müxtəlif şirkətlərin rəhbərlərindən rüşvət alınması, eləcə də səhlənkarlıq faktlarına görə Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işi aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gönədərilib.

Baş İdarədə aparılmış istintaqla Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayevin postun rəis müavini Rəşad Rzayevlə qabaqcadan əlbir olub xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni “Camex” və “Mover” məhdud məsuliyyətli cəmiyyətlərinin ölkəyə gətirdiyi və gömrük baxışında olan ayrı-ayrı şəxslərə məxsus malların rəhbəri olduğu gömrük postunda baxışının tam şəkildə həyata keçirilmədən qısa müddətə yekunlaşdırılmaqla malların şirkətlərin əməkdaşlarına və mal sahiblərinə təqdim edilməsinə görə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda “Camex” MMC-nin icraçı direktoru Qurban Mərdanovdan aylıq 6 min manat olmaqla cəmi 18 min manat, habelə “Mover” MMC-nin icraçı direktoru Arif Şəmistanlıdan aylıq 6 min manat olm

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov