“A24.az” və “Goldnews.az” xəbər portalları fəaliyyətini dayandırıb.
Bizimaz.az xəbər verir ki, bu barədə sözügedən portalların rəhbəri İlkin Mustafayev bildirib. O, çalışdığı kollektivin üzvlərinə uğurlar arzulayıb:
“Ötən gün rəhbərlik etdiyim “A24.az” və “Goldnews.az” xəbər portalları fəaliyyətini dayandırdı. Mənim üçün çətin olan saytların fəaliyyətini dayandırması yox, belə gözəl bir kollektivlə ayrılmağım oldu. Kollektivin üzvləri öz sahələrini gözəl bilən əməkdaşlardır. Uşaqlar, hər birinizi sevirəm. Uğurlarınız bol olsun!”
Baş redaktor saytların bağlanma səbəbini yaxın günlərdə açıqlayacağını deyib.