Xəbər lenti

 Dövlət Sosial Müdafiə Fondunda (DSMF) elektron qaydada pensiya təyin olunmuş ilk vətəndaşla görüş keçirilib.

 

Bizimaz.az "Report"-a istinadən  xəbər verir ki, pensiya qanunvericiliyinə edilmiş dəyişikliyə uyğun olaraq, bu ildən Azərbaycanda pensiya təyinatının avtomatlaşdırılmış qaydada aparılmasına başlanılıb. Pensiya hüququ yaranmış şəxslərə onların hər hansı bir quruma müraciət etmədən elektron qaydada pensiya təyinatı həyata keçirilir və bu barədə onlara sms vasitəsilə məlumat göndərilir.

Elektron qaydada pensiya təyinatı aparılmış ilk şəxs - Bakının Yasamal rayon sakini Ramazan Camaləddin oğlu Şabanov olub. Bu münasibətlə R.Şabanovla görüşən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev onu təbrik edib. Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən ölkəmizdə pensiya təyinatı sahəsində həyata keçirilmiş mühüm islahat tədbirinin bu sahədə vətəndaş məmnunluğuna imkan yaratdığını vurğulayıb. O, avtomatlaşdırılmış pensiya təyinatı sisteminin ilk iştirakçısı olan R.Şabanovu həm 64 yaşının tamam olması, həm də elə ad günündə elektron qaydada pensiya təyinatı aparılması ilə əlaqədar təbrik edərək, ona xoş arzularını bildirib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti R.Şabanov heç bir sənəd toplamadan, heç bir yerə müraciət etmədən ona elektron qaydada pensiya (490 manat) təyin olunmasından məmnunluğunu ifadə edib. Bildirib ki, ad günündə gözlənilmədən telefonuna gələn sms vasitəsilə ona artıq pensiya təyin olunduğunu öyrənib. Bu onun üçün ad günündə ən xoş sürpriz olub.

R.Şabanov dövlət idarəçiliyinin təkmilləşdirilməsinin başlıca istiqamətlərindən birinin də məhz elektron texnologiyaların geniş tətbiqi olduğunu qeyd edib. O, bu istiqamətdə Prezident İlham Əliyevin sosial sahə ilə bağlı islahatlar proqramına uyğun aparılan işlərin əhəmiyyətini vurğulayıb, vətəndaşlarda məmnunluq yaradan bu islahat tədbirinə görə dövlətimizin başçısına öz minnətdarlığını ifadə edib. 
Cari ilin əvvəlindən pensiya hüququ yaranan artıq 560 şəxsə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. 
Qeyd edək ki, pensiya qanunvericiliyinə əsasən, hazırda pensiya hüququ qazanmaq üçün yaş həddi kişilər üçün 64, qadınlar üçün 61 yaşdır. Ölkə üzrə gözlənilən ömür uzunluğunun kişilər üçün 73,1 yaş, qadınlar üçün 77,8 yaş olduğunu nəzər alsaq, gözlənilən pensiya ödənişinin orta müddəti 13 il (o cümlədən kişilər üçün 9,1 il, qadınlar üçün isə 16,8 il) təşkil edir. 

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov