\
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 31 dekabr dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə metro stansiyalarında sərnişinlərə bayram əhval-ruhiyyəsi yaşadıb.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, tədbir İçəri şəhər metrostansında start götürüb. Şaxta baba və qar qız metroda olan uşaqlara müxtəlif hədiyyələr veriblər. Uşaqlara bayram sevinci yaşadan Şaxta baba obrazında isə aktyor Allahverdi Yolçuyev çıxış edib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovbildirib ki, layihə 3 gün ərzində davam edəcək.
31 dekabrda isə bayramla əlaqədar metrostansiyalar 2 saat artıq xidmət göstərəcək.
Sonda isə, ənənəvi olaraq, saxta baba və qar da hər kəsi yeni il münasibətilə təbrik ediblər