Xəbər lenti

 

Bizimaz.az bildirir ki,  Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır.
Prezident İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, hər il həmin günün ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb.

Altı il əvvəl fəaliyyətə başlayan “ASAN xidmət” ölkəmizdə ictimai xidmətlər sahəsində köklü dəyişikliklərə səbəb olub. İlkin mərhələrədə bu konsepsiya ölkə daxilində vətəndaş-dövlət qurumu münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasını nəzərdə tuturdusa, indi o, ölkə hüdudlarından kənarda da uğurla tətbiq olunur.

Bir məkanda bir neçə məsələnin həll edilməsi, əlavə xərcə düşməmək, vaxt itkisinin minimuma endirilməsi “ASAN xidmət”i fərqləndirən ən başlıca xüsusiyyətlərdəndir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan bu xidmətin uğur qazanmasının əsas sirlərindən biri milli cəmiyyətin xüsusiyyətlərinin nəzərə alınmasıdır. Burada xüsusi fəaliyyət normaları tətbiq olunur. “ASAN xidmət” dünyada bu qəbildən olan yeganə strukturdur və milli intelektual brenddir.

Fəaliyyətə başladığı ilk gündən cəmiyyətdə böyük rəğbət qazanan konsepsiya son 6 ildə xidmət şəbəkəsini daha da genişləndirib. Hazırda ölkəmizdə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Hətta 26 milyonuncu müraciət Şəkidə fəaliyət göstərən “ASAN xidmət”də qeydə alınıb.

“ASAN xidmət” bir səyyar qatar və on səyyar avtobusa malikdir. Əhaliyə on bir dövlət orqanı və özəl şirkət müəssisələri ilə birgə 320-yə yaxın xidmət təqdim olunur. “ASAN xidmət”ə edilən 26 milyon müraciətin 7 milyonu məhz bu il qeydə alınıb. Bu il vətəndaşların razılıq əmsalı 99,6 faiz təşkil edib.

Prezident İlham Əliyevin sərəncamları ilə “ASAN xidmət”in funksiyasları ilbəil genişləndirilir. “Azərişıq”, “Azərsu” və “Azəriqaz” tərəfindən xidmətlərin təqdim olunduğu “ASAN Kommunal”, eləcə də “ASAN Viza”, “ABAD” mərkəzləri bu sıradandır.

Bakıda fəaliyyət göstətən “ASAN Kommunal”a indiyədək 850 mindən çox müraciət qeydə alınıb. “ASAN Viza” ilə ölkəyə səfər edən əcnəbilərin sayı dəfələrlə artıb. “ABAD” mərkəzləri isə Azərbaycanda ailə biznesinə dövlət dəstəyini təqdim edir.

“ASAN” xidmətin işçi heyətinin əksəriyyəti gənclərdən ibarətdir və fəaliyyət göstərdiyi altı il ərzində minlərlə könüllü bu konsepsiyanın ayrılmaz hissəsinə çevrilib. İndiyədək könüllüllər tərəfindən 1500-dən çox təlim, 500-dən çox layihə həyata keçirilib və 1000 könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub. 16-26 yaş arasında olan könüllülərin sayı 18 min nəfərdir və bu, ölkədə ən böyük könüllü təşkilatıdır.

Son 6 ildə aparılan statistikaya görə, vətəndaş məmnunluğu əmsalı 98-100 fazi arasında dəyişir. Gün ərzində “ASAN xidmət”ə müraciət edənlərin sayı 22 mini ötür.

“ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrdə də yüksək qiymətləndirilir. Əfqanıstanda isə “ASAN xidmət” təsis edilib. İtaliya, Koreya, Fransa, İndoneziya, Monteneqro, və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma memorandumları imzalanıb. Proqrama əsasən qabaqcıl idarəetmə üzrə “ISESCO ASAN mükafatı” təsis olunub.

“ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. BMT-nin insan hüquqları şurasında isə “ASAN xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul edilib. Mərakeş, Əlcəzair Uqanda ilə əməkdaşlığa başlanılıb və bu sahədə işlər davam etdirilir. İntellektual məhsulun ixrac arealı genişlənir.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov