Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Səudiyyə Ərəbistanına yola düşüb.
Bizimaz.az A24.az-a istinadla xəbər verir ki, T.Əhmədov bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları tərəfindən ziyarətə yola salınıb. Onun Məkkədə Kəbəni ziyarət edəcəyi bildirilir.
Qeyd edək ki, Həcc ziyarəti tamamlandıqdan iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Adətən, Ümrə ziyarəti 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə ümumilikdə 9 gün çəkir.
Xatırladaq ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.