Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə Maşallah Əli oğlu Ələkbərov Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Hüquq şöbəsinin müdiri təyin edilib.
Bizimaz.az Unikal.org-a istinadən xəbər verir ki, o bu təyinata qədər Səbail Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri olub.
Qeyd edək ki, dünən Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sani Əli oğlu Nəsibov vəzifəsindən azad edilib.
Xatırladaq ki, Maşallah Ələkbərov ötən gün Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar zeynalovun əmri ilə İH-nin Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib.