Sabahdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır.
Bizimaz.az xəbər verir ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü, 1 və 2 yanvar 2019-cu il isə Yeni illə bağlı qeyri-iş günləridir. Dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən, ölkəmizdə Yeni il ərəfəsində ardıcıl 5 gün iş olmayacaq.