İctimai Maarif Mərkəzi Azərbaycanı beynəlxalq tədbirlərdə uğurla təmsil etdiyinə görə millət vəkili Qənirə Paşayevanı “Dünya Azərbaycanlıları” “Qızıl Buta” mükafatına layiq görüb.
Bizimaz.az xəbər verir ki, mükafat respondentlər arasında keçirilən rəy sorğusunun nəticələrinə əsasən verilib.
Mərasimində çıxış edən millət vəkili ona göstərilən etimada görə təşəkkür edib.
Deputat gələn il bu mükafatlandırma mərasiminin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın işğaldan azad ediləcək torpaqlarında keçirilməsini arzu edib.