Xəbər lenti

24 dekabr 2018-ci il tarixdə Tərtər rayonunun 4 kəndinə xidmət edəcək müasir tipli kitabxananın Tərtər rayon ictimaiyyətinin və qonaqların iştirakı ilə təntənəli açılışı oldu.

AMEA-nın prezidenti akademik Akif Əlizadə hər zaman təhsil və elmin inteqrasiyasına böyük önəm verir və AMEA-nın elmi müəssisələrini təhsil qurumları ilə sıx əməkdaşlığa çağırır. Belə əməkdaşlığın bir istiqaməti də rayonlarda gənclər arasında mütaliəyə marağın artırılması, kitab oxumağa təbliğ və s. durur.

Akademik Vaqif Abbasov cəbhə bölgəsində yerləşən, 48 km təmas xəttinə malik Tərtər rayonunda bir neçə kənd üçün yeni kitabxananın tikilməsi və işinin təşkili təşəbbüsünü irəli sürüb. Tərtər rayon icra hakimiyyəti bu təşəbbüsü bəyənib, hazırlanmış layihənin icrasına razılıq verib, yerli idarəetmə orqanı kitabxana üçün yer ayırıb.

Akademik Vaqif Abbasov iş adamlarına, keçmiş tələbələrinə və AMEA-nın müəssisələrinin rəhbərlərinə müraciət edərək bu işdə dəstək olmalarını xahiş edib. Əslən Tərtər rayonundan olan iş adamı Hacı Seymur binanın tikintisi üçün lazım olan kəsmə daşları, “Norm” sement zavodu 10 ton sementi, “Biləv inşaat” MMC binanın daxili tavanının materiallarını, “Prometal” MMC binanın dam örtüyünü verib, 54 nömrəli yol istismarı idarəsi MMC 500 m2 asfalt örtüyünün salınmasına dəstək olub. Cəmilli kənd tam orta məktəbin məzunu, Azərbaycan Respublikasının əməkdar mühəndisi, AMEA-nın Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov daxili divarların sıvanması və boyanması işlərinə çəkilən məsrəfləri ödəyib. Akademik Vaqif Abbasov tikintiyə, aksesuarlara, döşəmə materiallarına xərcləri öz vəsaiti hesabına ödəyib. AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun kollektivi kitabxananın rəflərini, masalarını, kreslonu, oturacaqları hədiyyə edib.

Xəbərlər

Akademik Vaqif Abbasovun təşəbbüsü və təşkilatçılığı ilə Tərtər rayonunun 4 kəndinə xidmət edən müasir kitabxana açılıb

AMEA-nın aşağıdakı müəssisələri kitabxana üçün nadir kitab nüxsələri (3000-dən çox) hədiyyə verib:

1. Neft-Kimya Prosesləri İnstitutu

2. Azərbaycan Milli Ensiklopediyası “Elmi Mərkəzi”

3. İnformasiya Texnalogiyaları İnstitutu

4. Riyaziyyat və Mexanika İnstitutu

5. Nəsimi adına Dilçilik İnstitutu

6. Folklor İnstitutu

7. Hüseyn Cavid Ev Muzeyi

8. Fəlsəfə İnstitutu

9. A. Bakıxanov adına Tarix İnstitutu

10. Akademik H. Əliyev adına Coğrafiya İnstitutu

11. Arxeologiya və Etnoqrafiya İnstitutu

12. Nizami adına Ədəbiyyat İnstitutu

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi kitabxanaya müxtəlif fənlər üzrə abituriyentlər üçün 400-ə qədər vasitələr və test topluları hədiyyə etmişdir.

Azərkitab kitab təbliğat mərkəzi də kitabxanaya təmənnasız olaraq kitablar hədiyyə edib.

Kitabxananın ətrafını yaşılaşdırmaq üçün Astaradan 350 ağac, Tərtər rayon icra hakimiyyətindən 1200-dən çox həmişəyaşıl ağac təmənnasız verilib.

Bu xeyirxah işin həyata keçirilməsinə razılıq və dəstək vermiş hər bir kəsə böyük minnətdarlığımızı bildiririk.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov