Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə dekabr ayının 31-i, saat 00:00-da paytaxtın Dənizkənarı Milli Parkının ərazisində möhtəşəm atəşfəşanlıq təşkil olunacaq.
Bizimaz.az bildirir ki, Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, bayram şənlikləri münasibətilə Azadlıq Meydanında şəhərimizin ən iri yolkası quraşdırılıb.
Eyni zamanda, Dənizkənarı Milli Parkın ərazisi və digər parklar bəzədilib, yolkalar qurulub, buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif Yeni il atributlarının və simvollarının, nağıl qəhrəmanları fiqurlarının quraşdırılması, bayram tərtibatının aparılması işləri həyata keçirilib, müxtəlif yerlərdə bayram yarmarkaları təşkil olunub.
Bakı Şəhər İcra Hakimiyyəti sakinləri və şəhərimizin qonaqlarını atəşfəşanlığı seyr etmək üçün dekabrın 31-də, saat 00:00-da Dənizkənarı Milli Parka, saat qülləsinin ətrafına dəvət edir.