Xəbər lenti


Son zamanlar adı ən müxtəlif qalmaqallarda hallanan Hacı Ramazan Zeynalovun oğlu işdən çıxarılıb. İctimaiyyət arasında “Hacı Mazan” kimi tanınan Ramazan Zeynalovun oğlu Bayram Zeynalov Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsini tuturdu. Belə xəbərlər var ki, Bayram Zeynalovla bağlı qərarın verilməsi onun vəzifə səlahiyyətlərini aşması ilə əlaqədar olub. DİN-ə onun fəaliyyəti ilə bağlı çoxsaylı şikayətlər göndərilib və nəticədə belə bir qərar verilib.

 

Bizimaz.az :Hacı Mazan oğlu Bayram Zeynalovun Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edildiyini təsdiqləyib. Ramazan Zeynalov Bakıpost.az-a açıqlamasında Daxili İşlər naziri Ramil Usubovun əmri ilə oğlunun işdən azad edilməsində qəribə heç nə olmadığını bildirib.

İş adamı vəzifəsindən azad edilən B.Zeynalov barədə cinayət işi açıldığı barədə xəbərləri isə təkzib edib:

“Elə bir şey yoxdur. Cinayət işi açılsa da, bunu cənab nazir, dövlət bilər”.

Hazırda şəkər xəstəliyindən müalicə olunduğunu söyləyən Hacı Mazan mətbuatla təmasdan uzaq durmağa çalışdığını da vurğulayıb.

Qeyd edək ki, Ramazan Zeynalov, onun oğlu və yaxınları 444 seriyalı dövlət nişanlı nəqliyyat vasitələrini idarə etməklə də ad çıxarıblar. Bayram Zeynalov işdən çıxarılandan və barəsində təhqiqat işinin aparılması xəbərləri yayılandan sonra sosial şəbəkələrdə ona məxsus olduğu bildirilən 2 avtomobilin - “Mersedes Galendevagen” və “Porşe Panamera”nın fotoları yayılıb. Həmin nəqliyyat vasitələrinin də fotolarını yaymaqla hər birinin qiymətinin 150 min manatı aşdığını da diqqətə çatdırırıq. Qeyd edək ki, hazırda Hacı Mazan barəsində də cinayət işi var. O, “Xəzər” televiziyasının əməkdaşlarına qarşı zorakılıq edib, onlara xəsarət yetirib. Bununla bağlı araşdırma aparılır.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov