Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə maaşları həcmində pul mükafatı (13-cü maaş) verilib.
Bizimaz.az Axar.aza istinadən xəbər verir ki, bu barədə Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva məlumat yayıb. O, bu barədə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın əmr imzaladığını bildirib.