Dekabrın 15-də Səbail rayonu Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən binaların həyətində yaşıllaşdırma kampaniyası keçirilib.
Bizimaz.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi jurnalistlərin ərazini yaşıllaşdırmaq təşəbbüsünə cavab olaraq əraziyə 500 ağac lingi göndərib.
Ağacların əkiləcəyi sahə təmizlənib, əraziyə torpaq və gübrə gətirilib.
Ağaclara “Jurnalist” Mənzil Təsərrüfat Birliyinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tövsiyələri əsasında qulluq edəcək.
Qeyd edək ki, bu ərazi Bakının indiyə qədər yaşallışdırılmamış ərazilərindədir.