Bakı Limanının köçürülməsi işləri artıq başlayıb.
Bizimaz.az Reporta istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin mətbuat katibi Vəfa Səfərli deyib.
Onun sözlərinə görə, hazırda limandakı kranların sökülməsi prosesi gedir: “Növbəti il əməliyyatların böyük bir hissəsi Ələtdə olacaq. 2019 -cu ilin I rübündən bütün əməliyyatlar orda həyata keçiriləcək”.