Bakıda 31 dekabr – Dünyan Azərbaycanlılarınən Həmrəyliyi günü və 1 Yanvar - Yeni il bayramı münasibətilə bayram yarmarkalarına start verilib.
Bizimaz.az bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən Publika.az-a verilən məlumata görə, hər il olduğu kimi bu il də yarmarkalarla bağlı BŞİH və Bakı Şəhər Baş Polis idarəsi tərəfindən dislokasiya təsdiq olunub.
Dislokasiyaya görə, bayram yarmarkaları əsasən şəhərdə, metrostansiyaların qarşısında quraşdırılıb. Hazırda Nəsimi rayonu ərazisində 6, Nərimanov rayonunda 5, Yasamal rayonunda 3, Binəqədi rayonunda 2, Nizami rayonunda 6, Xətai raynunda 1 yerdə olmaqla ümumilikdə 12 ünvanda 23 bayram yarmarkası üçün çadırlar quraşdırılıb.
Bayram yarmarkaları yanvarın 3-dək davam edəcək. Çadırlarda əsasən Yeni il hədiyyələri və meyvə-tərəvəz məhsulları satılır.
Yarmarkaların keçirilməsində məqsəd küçələrdə pərakəndə satışın qarşısını almaq, bazar qiymətlərindən nisbətən ucuz məhsullar təklif etməkdir.
Xatırladaq ki, ötən il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda 13 bayram çadırı quraşdırılmışdı.