Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) apardığı təmir işləri ilə əlaqədar bu gündən paytaxtın Xətai rayonunun Yusif Səfərov küçəsindən Heydər Əliyev prospektinə qalxan hissədə, yol qovşağının aşağısında yerləşən geri dönmə hissəsi tam olaraq bağlanacaq.
Bizimaz.az :Bu barədə Axar.az-a AAYDA-dan bildirilib.
Qurum sürücülərdən bunu nəzərə almalarını və öncədən hərəkət istiqamətlərinə uyğun digər geri dönmə hissələrindən istifadə etmələrini xahiş edib, eləcə də yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyib.