Xətai, Yasamal və Səbail rayonunun bir hissəsinə içməli su fasilələrlə veriləcək.
Bizimaz.az bildirir ki, bu barədə "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bəyan edib.
O deyib: "Magistral kəmərlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar Yasamal və Səbail rayonlarının bir hissəsinə (Sovetski ərazisi, Nazirlər Kabinetinin ətrafı ərazilər), həmçinin Xətai rayonunun bir hissəsinə (Qara şəhər və Ağ şəhər adlananan ərazilər, N.Rəfiyev, M.Mehdizadə, X.Rüstəmov küçələri) 10 noyabr 2018-ci il tarixində, gün ərzində içməli suyun verilişində fasilələr olacaq".