Xəbər lenti


Azərbaycan Respublikasında nəqliyyat infrastrukturunun dinamik inkişafı, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatına artan tələbatına uyğun olaraq bu istiqamətdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. 2018-ci il oktyabrın 30-da səhər saatlarında dövlət əhəmiyyətli Bakı-Ələt-Horadiz dəmir yolunun Ələt-Horadiz xətti hissəsinin "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamentinin Yol xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi 28-29-cu kilometrliyində dəmir yolu xətti relslərinin birləşdiricilərinin, rels altlıqlarının və digər metal hissələrin 400 metrlik məsafədə söküldüyü barədə məlumat daxil olmuşdur.
 
Bizimaz.az xəbər verir ki, Bu barədə Unikal.org-a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən bildirilib.
 
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində dərhal başlanılmış cinayət işi üzrə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.
 
İstintaq zamanı qeyd olunan cinayət əməllərinin Azərbaycan Respublikasının vətəndaşları Əhmədov Novruz Əsəd oğlu və Orucov Ruslan Nodar oğlu tərəfindən törədildiyi müəyyən edilərək, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmuş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
 
Məlum olmuşdur ki, 2018-ci ilin oktyabr ayının 29-da Ruslan Orucov və Novruz Əhmədov sonuncunun idarə etdiyi avtomobillə "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentinin Yol xidmətinin Saatlı yol sahəsinin xidmət etdiyi Xıdırlı-Qaragünə mənzilinin 28-29-cu kilometrliyinə gəlib, törətdikləri əməllərin həmin xətt üzrə sərnişin və digər qatarların hərəkətinə aşkar təhlükə yaradacağını bilə-bilə əvvəlcədən özləri ilə götürdükləri alət və vasitələrdən istifadə etməklə 29 oktyabr saat 21-dən 30 oktyabr saat 04-dək olan müddət ərzində dəmir yolu xəttində qatarların hərəkət təhlükəsizliyini təmin edən 99 ədəd D-65 metal altlıq, 400 ədəd bərkidici, o cümlədən Ələt və əks istiqamətdə dəmir yolu relslərini bir birinə bağlayan 6 ədəd R-65 yanlıqları və sair metal hissələri söküb hadisə yerindən qaçmışlar.
 
Araşdırmalar zamanı, o cümlədən təqsirləndirilən şəxslərin ifadələri yerində yoxlanılarkən cinayəti törədərkən istifadə etdikləri alət, vasitə və digər maddi sübutlar hadisə yerindən aşkar edilərək götürülmüşdür.
 
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
 
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov