Xəbər lenti



Milli Onkologiya Mərkəzinin (MOM) şüa müalicəsi şöbəsində əlavə olaraq ikimərtəbəli yeni korpus tikilib və dünyanın tibbi qurğular və xərçəng xəstəliyinin müalicəsi üçün proqram təchizatı istehsalı sahəsində aparıcı şirkəti olan Amerikanın “Varian Medical System”in 6-10 MeV-lıq yüksək enerjili 2 ədəd xətti sürətləndiricisi quraşdırılıb. Bununla da, MOM-un şöbəsində fəaliyyət göstərən və ən müasir kompüter proqramları ilə təchiz edilən xətti sürətləndiricilərin sayı 7-yə çatıb ki, bu da dünyada ən yüksək göstəricidir.

Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra MOM şöbəsinin yeni korpusu ilə tanışlıq olub.

Bizimaz.az aia.az xəbərə istinadən verir ki, açılış mərasimində çıxış edən MOM-un baş direktoru, akademik Cəmil Əliyev səhiyyənin ən vacib sahələrindən biri olan onkologiyaya Azərbaycanda xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Prezidentinin diqqəti və qayğısı sayəsində hazırda Milli Onkologiya Mərkəzi ən müasir avadanlıqla təchiz olunub. Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan MOM-u artıq dünyanın aparıcı onkoloji mərkəzləri ilə müqayisə etmək olar. Vurğulanıb ki, burada aparılan müalicənin əsas məqsədi xəstələrin ömrünün uzadılması, onların mümkün olduğu qədər tam şəfa tapmasıdır.

Akademik öz çıxışında xatırladıb ki, son illər Milli Onkologiya Mərkəzi onkoloji xəstələrin müalicəsi üçün zəruri yeni texnologiyaların istehsalçısı olan dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. MOM ilə Amerikanın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları layihələşdirən və istehsal edən “Varian Medical Systems” şirkəti arasında 2014-cü ilin oktyabrında imzalanmış əməkdaşlıq haqqında saziş buna sübutdur. Bununla da, Milli Onkologiya Mərkəzi rəsmi referens-mərkəz statusunu alıb. Sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa vaxt ərzində çatdırılmasına, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına şərait yaradır. Bununla yanaşı, imzalanmış saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən yüksək səviyyəli xidmətin dünyanın aparıcı klinikaları tərəfindən tanınmasını təsdiq edir.

MOM-un şüa müalicəsi şöbəsinin müdiri, Əməkdar elm xadimi, professor İsa İsayev qeyd edib ki, tibb işçilərinin radioşüalanmanın mənfi təsirinə məruz qalmaması məqsədilə Mərkəzin şöbəsinin yeni korpusunun tikintisində Beynəlxalq Atom Enerjisi Agentliyinin tövsiyələri əsasında və Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nəzarəti altında spesifik materiallardan istifadə edilib. Qeyd olunub ki, yüksək kadr potensialına malik MOM-un şüa müalicəsi şöbəsində hər gün 200-250, il ərzində isə 3 min insan radioterapiya alır. “Varian Medical System” şirkətinin Bakıdakı referens-mərkəzində radioterapiya üzrə praktik məşğələlər keçirilir, həmçinin xarici ölkədən olan həkimlər üçün müasir radioterapiya üsullarına həsr edilən kliniki proqramlar üzrə məşğələlər təşkil edilib. Eyni zamanda, seminarlar Azərbaycanın həm radiasiya onkoloqları, həm də digər mütəxəssislər – tibb fizikləri, mühəndislər və texniklər üçün keçirilir. Bununla yanaşı, elektrik enerjisinin fasiləsiz təminatı məqsədilə şüa müalicəsi şöbəsinin texniki xidmət otağında 16 generator quraşdırılıb. Həmçinin qeyd olunub ki, radioterapiyanın qabaqcıl üsullarının, xüsusilə, stereotaksik radiocərrahiyyənin öyrənilməsi çox mürəkkəb məsələdir. Bu müalicə üsulu üçün yüksəkixtisaslı kadrlar və müasir avadanlıqlar tələb olunur. Bununla bağlı, Avropadan olan aparıcı mütəxəssislər tərəfindən Mərkəzin tibb fizikləri, mühəndisləri və texnikləri üçün mütəmadi əsasda treninqlər keçirilir.

Sonda akademik Cəmil Əliyev tibb işçilərinə elmi-praktik fəaliyyətlərində uğurlar arzulayıb.

aia.az

Milli Onkologiya Mərkəzinin yeni korpusunda 2 ədəd “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib
Milli Onkologiya Mərkəzinin yeni korpusunda 2 ədəd “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib
Milli Onkologiya Mərkəzinin yeni korpusunda 2 ədəd “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib
Milli Onkologiya Mərkəzinin yeni korpusunda 2 ədəd “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib
Milli Onkologiya Mərkəzinin yeni korpusunda 2 ədəd “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib
Milli Onkologiya Mərkəzinin yeni korpusunda 2 ədəd “VitalBeam™” xətti sürətləndirici sistemi istifadəyə verilib
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov