Türkiyənin "Dünyagöz” xəstəxanalar qrupunun Bakı təmsilçiliyi bu il 31 oktyabr-1 noyabrda Heydər Əliyev Fondunun təşəbbüsü, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə salınmış "Qobu Park” yaşayış kompleksində məcburi köçkünlər üçün ödənişsiz göz müayinəsi təşkil edəcək.
Bizimaz.az: humanitar tibbi aksiyanın məqsədi məcburi köçkünləri müayinə edərək onların oftalmoloji problemlərini aşkara çıxarmaq və həllinə kömək göstərməkdir. Müayinəni xəstəxananın azərbaycanlı və türkiyəli həkimlərdən ibarət tibbi heyət aparacaq. Məcburi köçkünlər müalicəsi daha çətin olan və cərrahiyyə əməliyyatı tələb edən xəstəliklərin "Dünyagöz”də müalicəsi imkanları barədə məlumatlandırlacaq və onlara müvafiq göndərişlər veriləcək.
Ödənişsiz tibbi aksiya oktyabrın 31-də saat 11:00-da başlayacaq.
Humaninar aksiyanın məcburi köçkünlər yaşayan digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulub.