Xəbər lenti


Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatlar alınacaq.
Bizimaz.az: Milli Məclisin bu gün keçirilən plenar iclasında “Aviasiya haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, qanuna 43-1 (Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların alınması) maddəsi əlavə olunur.

Maddəyə əsasən, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə daşıyıcılar Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin sərnişinlərinə dair məlumatları biletin bronlaşdırıldığı (satıldığı) vaxtdan dərhal sonra və hər bir halda hava gəmisinə minik başlayanadək elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidir.

Daşıyıcılar ekipajın hər bir üzvünün vəzifəsi və ona dair məlumatlar hava gəmisinin yola düşməsinə ən geci 24 saat qalmış elektron formada müvafiq icra hakimiyyəti orqanına verməlidir. Hava gəmisinin ekipajının tərkibi dəyişdikdə həmin məlumatlar dəyişiklik edildikdən dərhal sonra, lakin hər bir halda hava gəmisi yola düşənədək verilməlidir.

Hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatlar, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda müəyyən edildiyi halda hallar istisna olmaqla, alınır, toplanır və istifadə edilir.

Hava həmisinin sərnişinləri və ekipakı barədə verilməli olan məlumatların siyahısı, məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları ilə mübadilə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Layihədə bildirilib ki, bu, aviasiya təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hazırlanıb və daşıyıcılar üçün Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin həm sərnişinləri, həm də ekipaj üzvləri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək öhdəliyi müəyyən edir. Hava gəmisinin sərnişinləri və ekipajı barədə verilməli olan məlumatların siyahısı, məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanılması və digər dövlət orqanları ilə mübadilə edilməsi qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək qaydalarda öz əksini tapacaq.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov