Xəbər lenti

Afrika İttifaqının mənzil-qərargahında Bakının Ümumdünya Ekspo 2025 sərgisinə namizədliyi və Azərbaycanın Qoşulmama Hərəkatında qarşıdan gələn sədrliyinin prioritetləri təqdim edilib. 
 
Bizimaz.az: "Ekspo 2025 Bakı” Əməliyyat Katibliyindən  verilən xəbərə görə, Əddis Əbəbədə Afrika İttifaqının mənzil-qərargahında Bakı şəhərinin "EXPO 2025” çərçivəsində namizədliyinin, ölkəmizin Qoşulmama Hərəkatında (QH) qarşıdan gələn sədrliyinin prioritetləri və Azərbaycanın beynəlxalq inkişafa yardımı çərçivəsində Afrika qitəsində fəaliyyətinə dair geniş təqdimat mərasimi təşkil edilib.
 
Tədbiri giriş sözü ilə açan səfir Elman Abdullayev Bakı şəhərinin "EXPO 2025” çərçivəsində namizədliyinin irəli sürülməsinin inkişaf etməkdə olan dövlətlərin və xüsusilə, Afrika dövlətlərinin əsas problemlərinin həllində həmrəyliyin nümayiş etdirilməsi və insan kapitalının inkişafı, təhsil, sosial məsələlər kimi mövzuları əhatə edən tərəfdaşlıq əlaqələrinin yaradılması məqsədi daşıdığını qeyd edib. Səfir E.Abdullayev "EXPO 2025” çərçivəsində ölkəmizin fəaliyyətinin BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uzlaşmasına yönəldiyini bildirib.
 
Azərbaycanın Qoşulmama Hərəkatında qarşıdan gələn sədrliyi dönəmində ölkəmizin Afrika və digər Cənub ölkələri üçün önəmli məsələlərin Hərəkatın gündəliyində əks olunmasının ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini iştirakçıların diqqətinə çatdırmışdır. Səfir E.Abdullayev əhalinin rifahının yaxşılaşdırılması sahəsindəki xidmətlərinə görə və Minilliyin İnkişafı Məqsədlərinin uğurlu tətbiqinə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Cənub-Cənub Mükafatına layiq görüldüyünü qeyd edərək, Cənub ölkələrinin nəhəng potensialının səmərəli istifadəsi üçün Azərbaycanın digər QH ölkələri ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb. 
 
Səfr E.Abdullayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv ölkələrə təhsil təqaüdlərinin ayrıldığını bildirərək, bu addımın Azərbaycan dövlətinin QH-yə və üzv dövlətlərə göstərilən diqqətin təzahürü olduğunu vurğulayıb.
 
Tədbirdə əsas qonaq qismində çıxış edən Afrika İttifaqı Komissiyasının Sədr müavini Tomas Kwesi Quartey Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində fəal iştirakını alqışlamış və Afrika ölkələrinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Sədr müavini QH-nin fəaliyyətinin ümumi məqsədlərə nail olunması istiqamətində qurulması üçün geniş potensialın olduğunu qeyd edib və Afrika İttifaqı Komissiyasının bu istiqamətdə Azərbaycan Respublikası ilə əməkdaşlığa hazır olduğunu bəyan edib və Azərbaycanın QH-də sədrliyi dövründə bütün Afrika dövlətlərinin dəstəyinə arxalana biləcəyini vurğulayıb. 
 
Tədbirdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin UNESCO üzrə Milli Komissyasının Baş katibi, Xüsusi Tapşırıqlar üzrə səfir Elnur Sultanov Bakı şəhərinin "EXPO 2025” çərçivəsində namizədliyi ilə bağlı təqdimat edib. Baş katib E.Sultanov Bakı şəhərinin namizədliyinin innovativlik, etibarlılıq və rəqabətlilik prinsiplərinə əsaslanaraq, xalqların və mədəniyyətlərin inkişaf məqsədlərinə uyğun olan "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzunu əhatə edən vacib layihə olduğunu qeyd edib. Bu məqsədlə, Baş katib E.Sultanov ölkəmiz tərəfindən təqdim olunan üç önəmli "istedadlıq, həyatilik, nailiyyət” kimi alt-mövzuların hərtərəfli inkişafa yönəlmiş dialoqa çağırış məqsədi daşıdığını diqqətə çatdıraraq, EXPO-nun ictimai və özəl sektorlar arasında səmərəli və güclü tərəfdaşlığın qurulmasına xidmət etməli olduğunu bildirib.
 
Azərbaycanın inkişaf etməkdə olan ölkələr sırasından Ümumdünya Sərgisinə yeganə namizəd olduğunu və ölkəmizin qalib olması qlobal səviyyədə inkişaf etməkdə olan ölkələrin birliyinin güclənməsi və maraqlarının təşviq edilməsinə səbəb olacağı qeyd edilib. Bu baxımdan, Bakı şəhərinin namizədliyinin inkişaf etməkdə olan, o cümlədən də Afrika ölkələrinin də maraqlarına tam cavab verdiyi nəzərə çatdırılıb. 
 
Daha sonra Beynəlxalq Təhlükəsizlik idarəsinin rəis müavini Yalçın Rəfiyev Azərbaycan Respublikasının QH çərçivəsində qarşıdan gələn sədrliyinin prioritetlərini geniş təqdim edərək, QH-nin beynəlxalq münasibətlər sistemində mövqeyinin gücləndirilməsi üçün ölkəmiz tərəfindən Hərəkatın konseptual əsasını təşkil edən və özündə ərazi bütövlüyü və suverenliyə hörmət kimi beynəlxalq hüququn ümdə prinsiplərini əks etdirən Bandunq Prinsiplərinin təşviq edilməsi, Hərəkat daxilində həmrəyliyin möhkəmləndirilməsi və beynəlxalq çağırışlara qarşı mübarizədə səmərəliliyn artırılması kimi istiqamətlər üzərində fəaliyyətin qurulacağını bidlirib. Y.Rəfiyev Azərbaycanın Hərəkata sədrliyi dövründə Afrika ölkələrinin problemlərinin Qoşulmama Hərəkatının gündəliyinə daxil edilməsi istiqamətində səylər göstəriləcəyi, Afrika ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən mövzuların, xüsusilə dayanıqlı inkişaf mövzusuna diqqət ayırılacağı, Afrika İttifaqı və qitənin digər nüfuzlu qurumları ilə dialoq mexanizmlərinin yaradılmasının nəzərdən keçiriləcəyini qeyd edib.
 
Mərasimdə Azərbaycan Respublikasının beynəlxalq inkişafa yardım fəaliyyətini təqdim edən AİDA-nın rəis müavini A.Ağazadə ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri kimi, beynəlxalq inkişafa töhfə verilməsi olduğunu qeyd edib və inkişaf etməkdə olan ölkələr üçün təqaüd proqramlarının ayrılması, humanitar və texniki yardım layihələrin həyata keçirilməsi, yoxsulluqla mübarizə istiqamətində görülmüş işlərdən danışmışdır. Daha sonra həmin idarənin üçüncü katibi E.Kərimov AİDA-nın fəaliyyətini əks etdirən slaydları təqdim edib və humanitar fəaliyyət barədə ətraflı məlumat verib.
 
Təqdimat mərasiminin sonunda Səfir E.Abdullayev Afrika İttifaqının Komissiyasının rəhbərliyinə və digər qonaqlara iştiraka görə təşəkkür edərək, diplomatik korpusun tədbiridə fəal iştirakını Afrika dövlətlərinin ölkəmizlə münasibətlərinə, QH çərçivəsində əməkdaşlığa verilən dəyərin göstəricisi olduğunu bildirib. Tədbirin ikinci hissəsində efiopiyalı müğənnin ifasında Afrika musiqiləri canlı ifa edilib və ölkəmizə aid tanıtım videoları nümayiş etdirilib, iştirakçılara ziyafət verilib. 
 
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov