Bizimaz.az: "
Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, əməliyyat planına uyğun olaraq, “Qarabağ" futbol klubunun
Avropa Liqasının qrup matçı çərçivəsində
Bakı Olimpiya Stadionunda keçirəcəyi ev oyunu zamanı arenaya ən yaxın məsafədə yerləşən "Koroğlu" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Onun sözlərinə görə, əsas vəzifə sərnişinlərin stansiyanın xidmətindən təhlükəsiz və rahat istifadəsini təmin etməkdir. Həmin müddətdə sərnişin axınının tənzimlənməsi məqsədilə canlı qüvvə və texniki vasitələr ayrılacaq.
B.Məmmədov qeyd edib ki, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranarsa, xəttə veriləcək.
Qeyd edək ki,
Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq.