Bizimaz.az: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,
havanın temperaturunun
Abşeron yarımadasında gecə 15-18, gündüz 23-28,
Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 748 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 25-də
hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.